- Cümə axşamı, 3 Oktyabr, 2024
Tarix: 23.09.2024 11:59
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Partiyadan APA-ya verilən xəbərə görə, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.