İsrail HƏMAS-la 3 günlük atəşkəs razılığına gəlib - KİV

Tarix: 17 Nov 2023 15:28

Fələstinin HƏMAS təşkilatı və İsrail rəhbərliyi Qəzza zolağında 3 gün müddətinə atəşkəsin tətbiq edilməsi barədə razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Əl-Ərəbiyə” telekanalı yayıb. 

Məlumata görə, İsrail, həmçinin anklava BMT-nin nəzarəti altında məhdud həcmdə yanacaq göndərilməsinə də razılıq verib.

Xəbər Lenti