Cümə, 30 Yanvar, 2026
Tarix: 17 Nov 2023 18:36
Qəzza zolağında mülki əhali ərzaq çatışmazlığı səbəbindən qaçılmaz aclıq riski ilə üzləşib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
Qeyd olunur ki, BMT-nin Qəzzaya humanitar yardım çatdırılması, yanacaq çatışmazlığı və kommunikasiyaların kəsilməsi səbəbindən noyabrın 17-də yenidən dayandırılıb və bu, minlərlə ac və evsiz fələstinlinin vəziyyətini ağırlaşdırıb.