AZAL: Bakı-İstanbul uçuşları qrafikə uyğun aparılacaq

Tarix: 17 Nov 2023 19:10

"Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan İstanbula uçuşlarında dəyişiklik edilməyib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Qeyd edilib ki, aviaşirkətin Bakı-İstanbul-Bakı marşrutu üzrə şənbə və bazar gününə planlaşdırılan bütün reysləri müəyyən olunmuş cədvələ uyğun olaraq yerinə yetiriləcək.

Xatırladaq ki, bundan əvvəl Türk Hava Yolları İstanbulda sabaha nəzərdə tutulan 40 təyyarə reysini əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv etdiyini açıqlayıb.

Xəbər Lenti