Nazir müavini: Xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunur

Tarix: 20.11.2023 11:17

Hazırda qeyri-neft ixracının artırılması məqsədi ilə 10 ölkə ilə Azad Ticarət sazişi və Türkiyə Respublikası ilə prefensial ticarət sazişi qüvvədədir.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Türkiyə imzalanmış prefensial sazişə əsasən birsıra kənd təsərrüfatı və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.

O bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır.

Xəbər Lenti