Cümə, 23 Yanvar, 2026
Tarix: 20 Nov 2023 11:59
Xarici ticarət və biznesin idarə edilməsində mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Bunlardan elektron hesab səhifəsinin tətbiqi, gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşkil edilməsi və digər bu kimi vacib alətlər artıq istifadədədir.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, forumda əsas məqsəd yeni alətlər olan “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi kimi konseptual layihələri sahibkarlara təqdim etməkdir.
Qeyd olunan layihələr biznes subyektləri üçün asan, şəffaf, təhlükəsiz və sadələşmiş gömrük həllərini bir araya gətirir.