Şahin Bağırov: Gömrük dəyərinin müəyyən edilməsində subyektiv yanaşma olmamalıdır

Tarix: 20 Nov 2023 14:12

Bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri büdcə daxilolmalarını təmin etməkdir. Hökümət gömrük orqanları qarşısında müvafiq proqnozları müəyyən edir və biz də gündəlik fəaliyyətimizdə bu işləri həyata keçiririk.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O bildirib ki, gömrük dəyərinin müəyyən edilməsi əsas məsələdir. Vətəndaşlar və sahibkarlar bilməlidirlər ki, gömrük dəyərinin müəyyən edilməsi müvafiq beynəlxalq qaydalara və alətlərə əsasən müəyyən edilir. Yəni burda hər hansı subyektiv yanaşma ola bilməz və olmamalıdır.

Xəbər Lenti