Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 04:38
"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov "WhatsAppın" təhlükəsiz olmadığını bəyan edib və tətbiqdə çoxsaylı hücum imkanlarının mövcud olduğunu iddia edib. APA-məlumatına görə, Durov sosial şəbəkədə yazıb ki, WhatsApp-ın “şifrələmə” mexanizminin təhlili zamanı bir sıra boşluqblar aşkar edilib. Onun sözlərinə görə, 2026-cı ildə "WhatsApp-ın" təhlükəsizliyinə inanmaq əsassızdır.
Durov qeyd edib ki, aparılan analizlər tətbiqin müxtəlif hücum vektorlarına açıq olduğunu göstərir.