Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 11:44
Vaşinqtonun Ukraynaya təhlükəsizlik zəmanətləri Kiyevin Donbas regionunun bir hissəsinə nəzarətdən imtina etməsi müqabilində verilə bilər.
APA xəbər verir ki, bu barədə “Financial Times” danışıqlarla tanış olan səkkiz mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Kiyevə açıq şəkildə çatdırıb ki, ABŞ təhlükəsizlik zəmanətlərinin müzakirəsinə yalnız Ukraynanın hazırda nəzarət etdiyi Donbas ərazilərindən qoşunlarını geri çəkməyə razı olması halında başlamağa hazırdır.
Eyni zamanda, ABŞ tərəfi bildirib ki, mümkün razılaşma əldə olunacağı təqdirdə, Ukraynaya əlavə silah tədarükü təklif edilə bilər. Bu silahların əsas məqsədi müharibədən sonrakı dövrdə Ukrayna ordusunun gücləndirilməsi və ölkənin sülh şəraitində müdafiə qabiliyyətinin artırılması olacaq.
İlqar Xudiyev Ukrayna təhlükəsizlik zəmanəti ABŞ Donbass Rusiya