Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər atıb

Tarix: 27 Jan 2026 11:58

Şimali Koreya bu gün Yapon dənizi istiqamətində ballistik raket atıb.

APA xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya ərazisindən buraxılan raketlər artıq dənizə düşüb.

Yaponiya Sahil Mühafizəsi regiondakı gəmilərə xəbərdarlıq edərək raket qalıqları aşkar edildiyi halda onlara yaxınlaşmamağı və dərhal Yaponiya hakimiyyət orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi də Şimali Koreyanın raket buraxılışı barədə məlumatı təsdiqləyib.

“Kyodo” agentliyi isə hökumət mənbələrinə istinadən xəbər verib ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Bildirilib ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda Yapon dənizi sularına düşüb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu, Şimali Koreyanın 2026-cı il ərzində ikinci raket buraxılışıdır.

İlqar Xudiyev Şimalı Koreya Ballistik raket sınağı Yaponiya

Xəbər Lenti