Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 13:20
Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb.
APA “Kazinform”a istinadən xəbər verir ki, Astanada keçirilən rəsmi danışıqların nəticələrinə əsasən Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev israilli həmkarı Gideon Saarla bir sıra ikitərəfli sənədlər imzalayıb.
Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Yermek Koşerbayev qeyd edib ki, İsrail xarici işlər nazirinin səfəri ölkələrin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı istəyindən xəbər verir.
Qeyd edək ki, Gideon Saar Qazaxıstandan əvvəl Azərbaycanda səfərdə olub.
İsrail xarici işlər naziri Gideon Saar Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev viza investisiya innovasiya