Ermənistan hökumətinin sabiq rəhbəri seçkilərdə Baş nazir vəzifəsinə namizəd olacaq

Tarix: 27 Jan 2026 13:47

Ermənistanda keçiriləcək parlament seçkilərində Respublika Partiyasının Baş nazirliyə namizədi partiyanın lideri, keçmiş Baş nazir (1999-2000) Aram Sarkisyan olacaq.

APA “Armenpreess”ə istinadən xəbər verir ki, Sarkisyan bu barədə partiyanın "Facebook" səhifəsində yerləşdirilən videoda bildirib.

“Partiyamız bu məsələ ilə bağlı çoxdan qərar verib və bu mövzu rəsmi olaraq müzakirəyə çıxarılacaq: mən mütləq Baş nazirliyə namizəd olacağam və düşünürəm ki, bu, təbiidir”, - Sarkisyan qeyd edib.

Aram Sarkisyan əlavə edib ki, ölkə parlamentində Qərb dəyərlərinə tam uyğun bir qüvvə görmək istəyir.

Ermənistanda parlament seçkiləri Baş nazirliyə namizəd partiya Aram Sarkisyan

Xəbər Lenti