Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 17:06
NATO-nun Baş katibi Mark Rutte Avropa Parlamentinin deputatlarını öz hökumətlərinə təzyiq göstərməyə çağıraraq, Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsini istəyib.
APA xəbər verir ki, bu barədə Mark Rutte Avropa Parlamentində çıxışı zamanı bildirib.
Rutte ABŞ istehsalı HHM raketlərinin Ukrayna üçün alınmasını nəzərdə tutan PURL proqramının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, mövcud tədarüklər Rusiyanın hücumlarının intensivləşdiyi bir vaxtda Ukraynada mülki əhalinin həyatını qorumaq üçün kifayət etmir.
“Bu zalda hansı ölkələrin təmsil olunduğunu və onlardan hansılarının əhəmiyyətli sayda raket ehtiyatına malik olduğunu yaxşı bilirsiniz. Harada imkan varsa, xahiş edirəm, hökumətlərinizə təzyiq göstərin ki, bu addımı atsınlar”, – NATO Baş katibi bildirib.
İlqar Xudiyev NATO Ukrayna raket tədarükü Avropa parlamenti