Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 18:27
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Fərid Əkbərov Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd əl-Şaraa Kreml Moskva