Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 21:35
Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb.
"Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır", - Sibiqa bildirib.