Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 00:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər, Suriyadakı vəziyyət, Qəzza “Sülh Şurası”nın fəaliyyəti, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Suriyada atəşkəsin qorunmasına, inteqrasiya sazişinin tam şəkildə icra olunmasına böyük əhəmiyyət verdiyini, ABŞ və Suriya rəsmiləri ilə prosesi yaxından izlədiklərini bildirib.
Dəryanur Cəfərova