Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 00:17
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Sebastyan Lekornyu hökumətinə qarşı daha bir etimadsızlıq təklifini rədd edib.
APA xəbər verir ki, bu, aşağı palatanın internet saytında yerləşdirilən səsvermənin nəticələrində öz əksini tapıb.
Bu qətnamə, Lekornyunun 12 oktyabr 2025-ci ildə qurulan ikinci hökumətinin işə başlamasından bəri səkkizinci və son bir həftədə dördüncü qətnamə layihəsidir.
Qeyd edək ki, bu qətnamə layihəsi sağçı Milli Birlik partiyası tərəfindən təqdim edilib və bu dəfə parlamentin 140 üzvü hökumətin istefasına səs verib. Qətnamənin qəbul edilməsi üçün isə 577 səsdən 289-u lazım idi.