Rusiya Xarkovda sərnişin qatarına dronlarla hücum edib, ölənlər var - YENİLƏNİB

Tarix: 28 Jan 2026 01:35

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücumu nəticəsində beş nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.

"Hazırda beş cəsədin parçaları tapılıb. Qurbanların şəxsiyyətinin müəyyən edilməsi yalnız DNT testindən sonra mümkün olacaq", - məlumatda deyilir.

Məlumatda həlak olanların sayının artması da istisna olunmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qatarın vurulan vaqonunda 18 sərnişinin olduğunu, hazırda xilasedicilərin bir neçə nəfəri axtardıqlarını açıqlayıb.

***

21:09

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücum edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Yenidənqurma üzrə Baş nazirinin müavini və Ukraynanın İcmalar və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba məlumat verib.

O, zərbə nəticəsində sərnişinlər arasında xəsarət alanların olduğunu deyib və bildirib ki, hücum Xarkov vilayətində Barvinkovedən Lvova gedən sərnişin qatarına edilib.

İlkin məlumata görə, qatara üç “Şahed” tipli dronla hücum edilib. Zərbələr yanğına səbəb olub.

Hadisədən sonra qatarda olan 291 sərnişin mümkün qədər tez təxliyə edilib.

Xəbər Lenti