Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 01:24
“Sülh Şurası” ABŞ prezidenti Donald Trampa Qəzza zolağını idarə etmək üçün faktiki olaraq limitsiz səlahiyyət verən bir plan hazırlayıb.
APA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat verib.
Məlumata görə, Tramp şuranın sədri kimi anklavı idarə etmək üçün yüksək vəzifəli şəxsləri, o cümlədən ali nümayəndəni və beynəlxalq qüvvələrin komandanını təyin edə biləcək.
Layihə həmçinin prezidentə fövqəladə hallarda istənilən qətnaməni təsdiqləmək və ya dayandırmaq səlahiyyəti verir.