Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 10:22
Hindistanın Maharaştra vilayətinin nazir müavini, NCP partiyasının liderlərindən biri Adjit Pavarı daşıyan təyyarə qəzaya uğrayıb.
APA “Times of India”ya istinadən xəbər verir ki, Adjit Pavar və onunla göyərtədə olan daha 4 nəfər də ölüb.
Məlumata görə, Pavar Mumbay şəhərindən Baramatiyə seçki kampaniyası çərçivəsində insanlar qarşısında çıxış etmək üçün yollanıb.
Təyyarədə olan nazir müavini, 2 ekipaj üzvü, bir cangüdən və digər şəxs həyatını itirib.
“Learjet-45” tipli biznes təyyarəsinin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
https://t.me/apa_az/112681Toğrul Quluzadə Hindistan nazir müavini təyyarə qəzası