Ermənistan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

Tarix: 28 Jan 2026 12:29

“Qırmızı bülleten”lə axtarışda olan 14 nəfər xarici ölkələrdə saxlanılaraq Türkiyəyə gətirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, müxtəlif cinayətlərdə ittiham olunan 9 nəfər Gürcüstandan, 2 nəfər Almaniyadan, 3 nəfər isə müvafiq olaraq Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edilib.

Axtarışda olanların Türkiyəyə gətirilməsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Toğrul Quluzadə Türkiyə Ermənistan qırmızı bülleten

Xəbər Lenti