ABŞ Konqresinin əməkdaşları Gürcüstana səfər edib

Tarix: 28 Jan 2026 13:35

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib. Nümayəndə heyətinin üzvləri regional səfər çərçivəsində Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşlər keçirəcək. Yerli medianın məlumatına əsasən, görüşlər KİV üçün qapalı olacaq. Qeyd edək ki, ABŞ-Gürcüstan münasibətlərində 2024-cü ilin sonundan gərginlik hökm sürür. Vaşinqton həmin ilin noyabrın 30-da Tbilisi ilə strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.

Cəmilə Babayeva ABŞ Konqresi Gürcüstan

Xəbər Lenti