Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 13:07
Gürcüstanda aparılmış yoxlamalara əsasən Nipah virusu aşkarlanmayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, professor İvane Çxaidze bildirib.
O, Hindistanda yayılmış ölümcül virusun Gürcüstan üçün problemə çevriləcəyinə şübhə ilə yanaşdığını qeyd edib.
“Nipah virusu üçün əsas rezervuar ətyeyən yarasalardır. Yarasaların bu növünə Gürcüstanda rast gəlinmir. Bu canlıların digər növləri ilə bağlı araşdırmalar aparılıb və onlarda Nipah virusu aşkarlanmayıb”, - Çxaidze əlavə edib.
Direktor Gürcüstanın və ya başqa bir ölkənin Hindistandan gələn sərnişinlər üzərində xüsusi nəzarət tətbiq etməsinə ehtiyacın olmadığını vurğulayıb.
Cəmilə Babayeva Gürcüstan Nipah virusu Hindistan