Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 13:06
İran ABŞ-la danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-la danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik”, - Əraqçi bildirib.
Nazir əlavə edib ki, son günlərdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlamayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində “İran danışmaq istəyir, biz danışacağıq” bəyanatını səsləndirib.
Toğrul Quluzadə İran ABŞ Əraqçi danışıqlar Tramp Uitkoff