Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 14:21
Kreml Əbu-Dabidə birbaşa təmasların başlamasını alqışlayır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ekspert qrupları çərçivəsində iş davam edəcək.
Peskov vurğulayıb ki, Kreml Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqları müsbət qiymətləndirir və bu işi davam etdirmək barədə razılıq əldə edilib.
O, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı mürəkkəb məsələlər üzrə müzakirələrin aparılmasını irəliləyiş kimi qiymətləndirib.
Kremlin rəsmisi təkrarlayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və irəliləyiş Moskvanın həmsöhbətlərinin nə qədər konstruktiv olmasından asılı olacaq.
Fərid Əkbərov Kreml Rusiya ABŞ Ukrayna Peskov