Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 14:16
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.
APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar.
Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.
Fərid Əkbərov Putin Əhməd əl-Şaraa Kreml Peskov Qamışlı