Gürcü spiker Moldova Prezidentinə cavab verib

Tarix: 28 Jan 2026 15:00

Maya Sandu Gürcüstanla bağlı bəyanatını digərlərinin göstərişi əsasında səsləndirib. Onun gürcü xalqı ilə bu cür tonda danışması üçün hansısa mənəvi, siyasi və ideoloji üstünlüyü yoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, Moldova Prezidentinin ötən ilin oktyabrın 4-də Gürcüstanda hakimiyyətin devrilməsi prosesini dəstəklədiyini xatırladıb.

“Bu insan öz dövlətinin ləğvini və böyük dövlətə birləşdirilməsini dəstəkləyir. Biz həqiqətən də müxtəlif dəyərlər orbitlərindəyik və bu məsələdə Moldova ilə rəqabət apara bilmərik”, - spiker əlavə edib.

Xatırladaq ki, Maya Sandu ötən gün Avropa Şurası Parlament Assmbleyasında çıxışında Rusiyanın müharibə qorxusunu alət kimi istifadə edərək Gürcüstanı öz orbitinə qaytardığını deyib.

Cəmilə Babayeva Maya Sandu Moldova AŞPA Gürcüstan parlamenti Şalva Papuaşvili

Xəbər Lenti