Kreml: Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvada gözləyir

Tarix: 28 Jan 2026 16:30

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Putinlə Zelenski arasında görüşün mümkünlüyünə baxmağı təklif edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O əlavə edib ki, Putin dəfələrlə Zelenskinin dialoqa açıq olduğu təqdirdə, Moskvaya gələ biləcəyini deyib.

Uşakov vurğulayıb ki, Putinlə Zelenski arasında potensial təmaslar konkret müsbət nəticələrə nail olmağa yönəlməlidir:

“Əgər Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir. Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Rusiya Putinlə Zelenskinin təmasını rədd etmir, lakin onlar yaxşı hazırlıqlı və nəticəyə yönəlmiş olmalıdır. Onların görüşü məsələsi Rusiya Prezidenti ilə Tramp arasında telefon danışıqlarında bir neçə dəfə qaldırılıb".

Fərid Əkbərov Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski Kreml Uşakov

Xəbər Lenti