Tramp İranı hədələyib: Növbəti hücum daha pis olacaq

Tarix: 28 Jan 2026 16:27

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib.

APA xəbər verir ki, o, bu barədə özünün “Truth Social” hesabında yazıb.

“Böyük bir armada İrana tərəf gedir. Gəmilər sürətli şəkildə, böyük güc və məqsədlə hərəkət edir. Bu daha böyük hərbi gəmi dəstəsidir və qrupa Abraham Linkoln aviadaşıyıcısı başçılıq edir.

Bu qrup Venesuelaya göndərdiyimizdən daha böyükdür və lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirəm ki, İran masaya gələcək və ədalətli, bərabər və nüvə silahlarını qadağan edən bir razılaşma ətrafında danışıqlar aparacaq. Bu razılaşma bütün tərəflər üçün yaxşı olardı. Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan əvvəl də demişdim ki, razılaşma əldə edin! Onlar bunu etmədilər və biz gecəyarısı əməliyyat keçirdik. Növbəti hücum daha pis olacaq. Bunun bir daha təkrarlanmasına icazə verməyin”, - Tramp xəbərdarlıq edib.

Toğrul Quluzadə ABŞ İran Tramp xəbərdarlıq

Xəbər Lenti