Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib

Tarix: 28 Jan 2026 17:03

Qazaxıstan ölkədəki enerji layihələrində “Lukoyl”a məxsus payın satın alınması ilə bağlı ABŞ-a rəsmi müraciət göndərib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, “Lukoyl” Qazaxıstandakı "Qaraçağanak" neft-qaz yatağının operatorunda 13 faiz paya sahibdir. Hazırda bu yatağın ehtiyatları təxminən 2 milyard barel həcmində qiymətləndirilir.

Bundan əlavə, Rusiya şirkəti ehtiyatları 10 milyard bareldən çox olan "Tengiz" neft yatağının operatorunda 5 faiz paya malikdir.

Həmçinin, “Lukoyl” Qazaxıstan neftini ixrac üçün Novorossiysk limanına daşıyan Xəzər Boru Kəməri Konsorsiumunda (XTK) da pay sahibidir.

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib ki, ölkəsi ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müvafiq məktub göndərib. ABŞ sanksiyalarına əsasən, bu cür əməliyyatların təsdiqi məhz OFAC-ın səlahiyyətindədir.

Nazir eyni zamanda, vurğulayıb ki, Qazaxıstan ölkə ərazisində yerləşən “Lukoyl” aktivlərinin satın alınmasında üstün hüquqa malikdir.

İlqar Xudiyev Lukoyl Qazaxıstan ABŞ sanksiyalar

Xəbər Lenti