Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 21:03
Türkiyə Rusiya–Ukrayna tərəflərini məsuliyyətlə hərəkət etməyə çağırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Rusiya–Ukrayna müharibəsinin Qara dənizə sıçraması Türkiyə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında müzakirə olunub. İclasda mövcud vəziyyət qiymətləndirilib.
Qara dənizdə təhlükəsizliyi qorumağa çalışıldığı, sabitliyə xələl gəlməməsi üçün bütün tərəflərin məsuliyyətlə hərəkət etməsinin vacibliyi bir daha xatırladılıb.
Türkiyənin regional və qlobal riskləri mərhələli şəkildə artıran bu müharibənin sona çatdırılması və davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəyi qeyd edilib.
Dəryanur Cəfərova