Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 28 Jan 2026 21:48
ABŞ İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir. APA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.
Rubionun sözlərinə görə, belə bir addım potensial hücumun qabaqlanmasına xidmət edə bilər, lakin bunun mütləq baş verəcəyi demək deyil. O, ABŞ-ın bu ssenarinin reallaşmamasına ümid etdiyini də vurğulayıb.
Dövlət katibi qeyd edib ki, Vaşinqton hazırda İrana yönəlik riskləri nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir. Onun sözlərinə görə, ABŞ regionda qüvvələr yerləşdirməklə şəxsi heyətini və obyektlərini mümkün İran təhdidlərindən qorumaq imkanını nümayiş etdirir.