Rubio: “Sülh Şurası”nın əsas diqqəti Qəzzada planın növbəti mərhələlərinə yönəlib

Tarix: 28 Jan 2026 23:39

Hazırda “Sülh Şurası”nın əsas diqqət mərkəzində Qəzzada planın ikinci və üçüncü mərhələlərinin idarə olunması dayanır.

APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz dəvət edilən bütün ölkələri alqışlayırıq”, - deyə Rubio qeyd edib.

ABŞ dövlət katibi vurğulayıb ki, “Sülh Şurası” BMT Təhlükəsizlik Şurası tərəfindən tanınan beynəlxalq qurumdur.

Xəbər Lenti