Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 00:34
Kolumbiyada daxili reys həyata keçirən təyyarə ilə əlaqə itirilib. APA xəbər verir ki, yerli aviaşirkət olan "Satena"nın yaydığı məlumata görə, Kukuta–Okanya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində 15 nəfər - 13 sərnişin və 2 ekipaj üzvü olub.
Aviaşirkət fövqəladə vəziyyət protokolunu aktivləşdirib. Təyyarənin yerinin müəyyənləşdirilməsi üçün Kolumbiyanın Hərbi-Hava Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya Administrasiyası ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.