Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 11:48
2026-cı ilin yanvarında Kemerovo vilayətində yerləşən psixonevroloji internatda 9 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
İlkin ehtimallara görə, ölümə səbəb A qripi olub.
Regional Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə isə ölənlərdən 7-si qan dövranı sistemi xəstəlikləri səbəbindən ölüb. Daha iki nəfərin ölüm səbəbi isə araşdırılır.
Daha əvvəl yerli media bu müəssisədən 46 nəfərin həmin diaqnozla xəstəxanaya yerləşdirildiyini yazıb.
İlqar Xudiyev Rusiya Kemerovo vilayəti psixonevroloji internat kütləvi ölüm