KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib

Tarix: 29 Jan 2026 13:35

Rusiya və Ukrayna enerji atəşkəsi ilə bağlı ilkin razılığa gəlib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən Rusiya və Ukrayna hərbçilərinə enerji infrastrukturuna zərbə endirmək qadağan edilib.

Qeyd olunub ki, hazırda məsələ ilə bağlı rəsmi şərh yoxdur və Ukrayna mənbələri də öz növbəsində hələlik razılaşmanı təsdiqləməyib.

Fərid Əkbərov Rusiya Ukrayna enerji atəşkəsi

Xəbər Lenti