Aİ İrana yeni sanksiyalar tətbiq edəcək

Tarix: 29 Jan 2026 13:08

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

“İranın təhlükəsizlik qüvvələri kütləvi ölümlərə görə məsuliyyət daşıyır. Bu gün biz minlərlə etirazçının ölümünə görə birbaşa məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyik”, - Kallas qeyd edib.

Toğrul Quluzadə Kaya Kallas Aİ İran sanksiya

Xəbər Lenti