MN: Türkiyə ordusu Suriyada “Barış bulağı” bölgəsindən geri çəkilməyib

Tarix: 29 Jan 2026 15:45

Türkiyə ordusunun “Barış bulağı” bölgəsindən geri çəkilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya hökuməti ilə koordinasiyalı fəaliyyəti davam etdirilir.

“Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” bölgəsində bəzi ərazilərdən geri çəkilməsi barədə xəbərlər doğru deyil. Türkiyə ordusu bölgədə Suriya hökuməti ilə koordinasiyalı fəaliyyətini davam etdirir”, - nazirliyin açıqlamasında qeyd olunub.

Dəryanur Cəfərova

Xəbər Lenti