Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 15:22
"Xüsusi hərbi əməliyyat" (SVO) sona qədər aparılmalıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
“SVO-nu axıra qədər aparmaq lazımdır. Mən danışıqların əleyhinəyəm”, - Kadırov vurğulayıb.
Qeyd edək ki, uzun müddətdir ictimai məkanda görünməyən Çeçenistan rəhbəri bu gün Rusiya və BƏƏ prezidentlərinin danışıqlarında iştirak etmək üçün Kremlə gedib.
Fərid Əkbərov Çeçenistan Ramzan Kadırov Ukrayna Rusiya