Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 16:14
İsrail və Səudiyyə Ərəbistanından olan hərbi və kəşfiyyat rəsmiləri ABŞ-a səfər edib.
APA xəbər verir ki, məsələ ilə bağlı “Axios”a iki ABŞ rəsmisi və iki digər anonim mənbə danışıb.
Məlumata görə, İsrail və Səudiyyə Ərəbistanından olan rəsmi şəxslər Tramp administrasiyasının nümayəndələri ilə İranı müzakirə edirlər.
Məsələ ilə bağlı əlavə detallar verilməyib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə, böyük hücumla hədələyib.
Toğrul Quluzadə İsrail Səudiyyə Ərəbistanı ABŞ İran