İran ordusu 1000 pilotsuz uçuş aparatını silahlanmaya daxil edib

Tarix: 29 Jan 2026 16:07

İran ordusu 1000 pilotsuz uçuş aparatını silahlanmaya daxil edib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları ordunun strateji üstünlüklərini gücləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə müxtəlif hərbi bölmələr arasında paylanıb.

İran ordusunun Baş komandanı general-mayor Əmir Hatami bildirib ki, mövcud və potensial təhdidlər nəzərə alınaraq, ordu sürətli döyüş əməliyyatları aparmaq üçün strateji üstünlüklərini qoruyur və davamlı şəkildə gücləndirilir.

İlqar Xudiyev İran ordusu dronlar ABŞ

Xəbər Lenti