KİV: Qəddafinin oğluna hücum zamanı 18 dəfə atəş açılıb

Tarix: 06 Feb 2026 03:54

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin qətlə yetirilməsi zamanı onun üzərinə 18 dəfə atəş açılıb. APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum zamanı iki silahlı şəxs Seyf əl-İslamın Liviyanın qərbində yerləşən Əz-Zintan şəhərindəki iqamətgahına birbaşa daxil olub, daha iki nəfər isə binanın kənarında keşik çəkib.

Hücum anında Seyf əl-İslam telefonla danışırmış. Qeyd olunur ki, onun yaxın ətrafından olan şəxslərdən biri ehtimal olunan hücum barədə ona əvvəlcədən məlumat verib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Xəbər Lenti