Zelenski: Ukrayna MiQ-29 təyyarələri əvəzinə Polşaya dronlar tədarük etməyə hazırdır

Tarix: 06 Feb 2026 05:27

Ukrayna Polşaya pilotsuz uçuş aparatları üzrə texnologiyalar təqdim etməyə, əvəzində isə MiQ-29 qırıcıları və raketlər almağa hazırdır. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün bildirdik ki, mübadiləyə hazırıq. Qışı keçirməliyik və bunun üçün müvafiq silahlara ehtiyacımız var”, – deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna müasir dronların raket silahları ilə mübadiləsi imkanını da nəzərdən keçirir. O, bu təşəbbüsü digər tərəfdaşlardan yardım paketlərinin tədarükündə yaranan gecikmələrlə izah edib.

Xəbər Lenti