Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Tarix: 06 Feb 2026 04:52

Finlandiya Ukraynaya dəyəri təxminən 43 milyon avro olan 32-ci hərbi yardım paketini ayırır. APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müvafiq qərar ölkə prezidenti Aleksandr Stubb tərəfindən hökumətin təklifi əsasında qəbul edilib.

Məlumata görə, yeni yardım paketi çərçivəsində xüsusi proqram əsasında alınmış Finlandiyanın müdafiə sənayesi müəssisələrinin istehsalı olan hərbi məhsullar Ukraynaya göndəriləcək.

Qeyd edilib ki, indiyədək Finlandiyanın Ukraynaya təqdim etdiyi hərbi texnikanın ümumi dəyəri 3,2 milyard avroya çatıb.

Xəbər Lenti