Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 05:50
Norveç Ukraynanın Enerji Dəstək Fonduna 86,4 milyon avro məbləğində əlavə vəsait ayırıb. APA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıhal "X" sosial şəbəkəsində yazıb
Şmıhal bildirib ki, bununla Norveçin Fonda ümumi töhfəsi 163,6 milyon avroya çatıb.
Onun sözlərinə görə, ayrılan vəsait Rusiya hücumları nəticəsində zədələnmiş mühüm enerji obyektlərinin bərpasına və sərt qış şəraitində Ukraynaya dəstəyin təmin edilməsinə yönəldiləcək.