ABŞ Sakit okeanda narkotacirlərə məxsus gəmiyə zərbə endirib

Tarix: 06 Feb 2026 07:04

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus olan gəmiyə zərbə endirib. APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" hesabında məlumat yayıb. Məlumata görə, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrutlar üzrə hərəkət etdiyini təsdiqləyib.

“Əməliyyat zamanı narkotik terror fəaliyyəti ilə məşğul olan iki nəfər zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunub.

Xəbər Lenti