Moskvada QRU rəisinin birinci müavini güllələnib - YENİLƏNİB

Tarix: 06 Feb 2026 11:52

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.

İstintaq Komitəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

***

11:38

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.

Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə atəş açıb.

General sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Müstəntiqlər hadisə yerində işləyir.

Fərid Əkbərov Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi QRU rəisi general-leytenant Vladimir Alekseyev

Xəbər Lenti