Lavrov: ATƏT dərin böhran içindədir

Tarix: 06 Feb 2026 12:55

ATƏT dərin böhran içindədir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdə bildirib.

Onun sözlərinə görə, ATƏT özünü məhv etmək təhdidi ilə üz-üzədir.

Lavrov bununla yanaşı, qeyd edib ki, Rusiya İsveçrənin ATƏT-ə sədrlik edən ölkə kimi Moskva ilə dialoqu bərpa etmək marağını yüksək qiymətləndirir.

Fərid Əkbərov Lavrov ATƏT Rusiya

Xəbər Lenti