Təhlükəsizlik Xidməti: Rusiya Norveçdə kəşfiyyat fəaliyyətini artıracaq

Tarix: 06 Feb 2026 12:40

Rusiya bu il Norveçdə kəşfiyyat fəaliyyətini artıracaq.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin Daxili Təhlükəsizlik Xidməti (PST) məlumat yayıb.

Norveçin Daxili Təhlükəsizlik Xidməti təxribat ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Biz Rusiyanın kəşfiyyat orqanlarının 2026-cı ildə Norveçdə aktivliyi artıracağını gözləyirik. Bu aktivlik hərbi təsisatları və müttəfiq ölkələrlə müştərək hərbi təlimləri, Norveçin Ukraynaya hərbi yardımını hədəf alacaq”, - Daxili Təhlükəsizlik Xidmətindən bildirilib.

Toğrul Quluzadə Rusiya Norveç PST Ukrayna

Xəbər Lenti