ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək

Tarix: 06 Feb 2026 14:26

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistana birgünlük səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfər çərçivəsində ABŞ-ın vitse-prezidentinin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcəyinə dair xəbərlər yayılıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırıb.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens

Xəbər Lenti